Ermənistanın MDB Xarici İşlər Nazirləriyi Rəhbərlər Şurasının iki bəyanatına qoşulmamaq qərarı Ermənistanda bir mənalı qarşılanmayıb. Erməni ekspertlər hesab edirlər ki, bu əslində demarş kimi qiymətləndirilməməlidir.
Politoloq Stepan Danielyan bildirib ki, bu demarş deyil: “Demarş üçün əvvəlcə özündən nəsə təqdim etmək lazımdır. Bu addım vektor, xarici siyasət istiqamətlərinin olmamasının sübutudur. Bu, iki stulda oturmaq cəhdidir, daha doğrusu, bir stulda oturmaq deyil, ayaq üstə qalmaq deməkdir”. Hər iki bəyanatın təhlükəsizlik məsələlərinə aid olduğunu xatırladan Danielyan Ermənistanın təhlükəsizlik məsələləri ilə bağlı çətin vəziyyətdə olduğunu qeyd edib. Ölkə KTMT-də iştirakını dondurub, NATO ilə anlaşılmaz təlimlər keçirir, lakin ABŞ və Aİ yekdilliklə bəyan edir ki, Ermənistanın təhlükəsizliyini təmin edə bilmirlər: “Hazırda Ermənistan mahiyyətcə heç bir blokda deyil və təhlükəsizlik sistemi olmayan ölkəyə çevrilib. İndiki hakimiyyət isə bu sistemin olmamasını böyük nailiyyət hesab edir”.
Xatırladırıq ki, Ermənistan MDB XİN Rəhbərləri Şurasının iki bəyanatınıa qoşulmayıb. Xüsusilə, Ermənistan “Avrasiyada təhlükəsizlik prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatları imzalamaqdan imtina edib. /konkret.az/