Macarıstanın baş naziri Viktor Orbanın Strasburqdakı brifinqi zamanı müxalifət partiyasının fəalı kürsüyə doğru qaçaraq əlindəki əskinas dəstini onun üstünə atıb.
Turkustan.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“Ölkəni neçəyə satdınız? Siz ölkəni neçəyə satdınız, cənab baş nazir? O, ölkəni Putinə, Si Cinpinə satdı!", - deyə müxalifətçi qışqırıb.
Mühafizəçilər fəalı yerə yıxaraq otaqdan çıxarıblar. /bakupost.az/