"Cavab verməkdən çəkinməyəcəyik".
Turkustan.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Erakçi İraq, Yəmən, Livan və Suriyanın Tehrandakı səfirlərinin iştirak etdiyi Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzində (IPIS) keçirilən proqramda çıxış edərkən deyib.
İsrailin İranın infrastrukturuna hücum təhdidlərini dəyərləndirən Erakçi bunları deyib:
"İsrailə İranın iradəsini sınamamağı tövsiyə edirik. Hər bir hücuma daha güclü cavab verəcəyik". /AzPolitika.info/