Putindən Ermənistan açıqlaması: “Belə getsə...”


Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi rekord həddə çata bilər.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

Rusiya lideri qeyd edib ki, ticari-iqtisadi əlaqələr enerjili və uğurla inkişaf edir. Ötən il dövriyyə 7.4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2.5 dəfə artaraq 8.3 milyard dolları ötüb.

“Bu templə getsək, bu il dövriyyə 14-16 milyard dollara çata bilər”, - Putin söyləyib.

Prezident həmçinin əlavə edib ki, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur.

Paşinyan da öz növbəsində Rusiya ilə Ermənistan arasında aktiv siyasi dialoqun olduğunu açıqlayıb.

“Şadam ki, son aylar ərzində bizim kifayət qədər fəal siyasi dialoqumuz olub”, - Ermənistan baş naziri vurğulayıb.

Rusiya prezidenti Ermənistan rəhbərini oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.

Ermənistan-Rusiya ticarətinin görüməmiş həddə artmasına gəlincə, Qərb mənbələri bunu İrəvanın Moskvaya beynəlxalq sanksiyalardan yan keçməkdə kömək etməsi ilə əlaqələndirirlər. Yəni Ermənistan Qərbdə Rusiyaya satışına qadağa qoyulan malları alaraq, təkrar Moskvaya satır və ya göndərir. Bu, ABŞ və Avropa Birliyinin müvafiq dövlət qurumları tərəfindən rəsmən təsdiqlənsə də, Ermənistan barəsində lazımi tədbirlər görülməyib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ