Rusiya Ukraynaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır.
Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Nyusvik”ə müsahibəsində deyib.
Lavrov müsahibəsində Ukrayna ordusunun Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılmasını və bu əraziləri Rusiyanın regionları kimi tanıması ilə bağlı Prezident Vladimir Putinin də tələbini xatırladıb. Bundan başqa, Putin Ukraynanın bloklara qoşulmaması və nüvəsiz statusunun möhkəmləndirilməsini, həmçinin ölkənin demilitarizasiyasını və denasifikasiyasını tələb edib:
“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verib. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər daxilində bizim Ukraynadan gələn təhlükələr aradan qalxana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”.
Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarıdır. Moskva hər dəfə hamıya uyğun bir müqavilə bağlayanda Kiyev və onun ağaları geri çəkilir:
“BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmaları, həmçinin 2022-ci ilin martın sonunda İstanbulda paraflanmış sülh müqaviləsini misal göstərmək olar.
Sülhün bərpası düşmənimizin planlarının bir hissəsi deyil. Ukrayna Prezidenti Vladimir Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO müttəfiqləri müharibəni davam etdirmək üçün Kiyevə siyasi, hərbi və maliyyə dəstəyi verirlər. Odla oynamaq təhlükəli nəticələrə səbəb ola bilər. Prezident Putinin dediyi kimi, biz Qərbdən gələn təhdidləri anlayaraq adekvat qərarlar qəbul edəcəyik. Nəticə çıxarmaq sizin ixtiyarınızdadır”.