Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə xüsusi hədiyyə göndərib.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Türkiyə prezidenti dünənki danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - Uşakov bildirib.
Uşakov bunun yaxşı türk hədiyyəsi olduğunu deyib.
Hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov onun bir az bahalı olduğunu qeyd edib.
Uşakov Putinin başqa hədiyyələr də aldığını bildirib.
Qeyd edək ki, 7 oktyabrda Putinin 72 yaşı tamam olub. (axar.az)