“Biz boğulmuş, ümidsiz vəziyyətdyik. Ümidimiz son hərəkatadır. O, məzmun baxımından müəyyən dəyişikliklərə məruz qala bilər, ancaq söndürülə bilməz. Görürük ki, hərəkat mitinq şəklində daha da aktivləşib, insanlar yenidən toplaşır, ən azından ümid var ki, bu son deyil, çünki bu gün əslində xalqımız üçün fəlakətli vəziyyətdir, indiki kimi heç vaxt bu qədər ümidsiz olmamışıq”.
Turkustan.az xəbər verir ki, bu sözləri erməni şair Husik Aran deyib.
Şairin fikrincə, ölkədə narazılıq dalğası çox böyükdür, hər bir insan ən azı onun ruhunun dərinliklərində narazıdır, çünki bu gün dövlətin məhv olması, ya da yaşaması gündəmdədir.
“Bütün bunları hətta eşşək də hiss edə bilər. Ancaq çox adam küçələrə çıxsa, Nikol Paşinyan qan tökəcək, hakimiyyəti verməyəcək. Son ana qədər Nikol avtomatı götürəcək, küçəyə enəcək və rəqiblərini atəşə tutacaq, bu, nə vaxtsa baş verəcək. Ona görə deyirəm ki, minlərlə insan küçələrə çıxsa, Nikol getməli, yəni qaçmalı, onlar qaçarkən Zvartnots bağlanmalı olacaq.
2018-ci ildə hamının necə qəfil getdiyini xatırlayın! Çevrilişlərin xüsusi texnologiyaları işləyirdi və bu texnologiyalar kənardan idarə olunurdu.
Amma bu gün cəmiyyətin bir hissəsi narazıdır, amma küçəyə çıxmır, Sünik (Qərbi Zəngəzur), Qeqarkunik və ya digər ərazilərin bir hissəsi Azərbaycana veriləndə hərəkat aktivləşəcək, onda isə hər şey gec olacaq.
“Erməni səbri xəstədir, təhlükənin qarşısını qabaqcadan almır, hər şey olur, bitir, məhv olur, erməni yenidən ayağa qalxır. Amma bu, bütün Respublikanı 24 saat aktiv saxlamaq üçün doğru andır. Camaat bir neçə gün fasilələrlə meydana toplaşacaq və hakimiyyət öz çirkin işlərini görəcək. Bunun nəticəsidir ki, ölkə getdikcə zəifləyir, daha həssas olur, yaxın gələcəkdə biz indi və ya dünən olduğundan daha çətin vəziyyətlə üzləşəcəyik.
Bilin ki, ölkənin yaxşı və ya pis olması onun liderindən asılıdır, yaxşı ölkənin yaxşı lideri var. Bir və ya bir neçə şəxsin bir ölkənin rəhbərliyini ələ keçirməsi həmin ölkənin taleyini həll edir. Bu adamlar 2018-ci ildə gəlib bizi bu vəziyyətə gətiriblər, onlar olmayanda başqa psixologiyamız var idi. Bizə ilk növbədə ölkəni düzgün istiqamətə aparacaq, dost-düşmənlə necə davranmağı bilən normal rəhbərlər lazımdır.
Təbii ki, ölkə rəhbəri ola biləcək fərdlər var, hamısı axmaq deyil, 100 il əvvəlkindən daha təcrübəli insanlar var. Möhtərəm Baqrat hökumət təşkil etsə, onu sırf Eçmiədzin ruhanilərindən təşkil edə bilməz”.