İranın hansı obyektləri vurulacaq?


İsrail İranın raket hücumlarına cavab olaraq bu ölkənin nüvə obyektlərinə deyil, hərbi bazalara, kəşfiyyat obyektlərinə və ya komanda məntəqələrini vura bilər.

Turkustan.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Bununla belə, mənbələr göstərir ki, İranın əsas nüvə obyektləri Tehranın cavab addımı atacağı təqdirdə, gələcəkdə mümkün eskalasiya halında hədəfə çevrilə bilər.

Bununla belə, nəşr qeyd edir ki, İsrail və ABŞ-də İranın nüvə proqramını uzun illər ərzində geri qaytarmaq üçün fürsətdən istifadəyə çağırışlar artır. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ