Ukrayna NATO-ya üzv olmaq üçün Donbasdan imtina edəcək? - ŞOK


Ukraynaya bəzi rəsmi şəxslər kadr və silah çatışmazlığından, həmçinin Qərbin dəstəyinin güclü olmamasından narahatdırlar.
Məlumata görə, bu barədə “Financial Times” qəzetində dərc olunan məqalədə bildirilir.
Qəzetin yazdığına görə, Ukraynada "qapalı qapılar arxasında" Rusiyanın Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarəti qanuni deyil, de-fakto saxlayacağı, ölkənin qalan hissəsinin isə NATO-ya qoşulacağı və ya ekvivalent təhlükəsizlik zəmanətləri barədə danışılır.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin şərqdəki mövqelərini təslim etməsi fonunda Vaşinqtonda və bəzi Qərb paytaxtlarında “əhval dəyişir”.
Nəşr qeyd edir ki, Ukraynanın perspektivləri ilk növbədə Donald Trampın gələn ay ABŞ-da keçiriləcək seçkilərdə qalib gələcəyi və “müharibəyə tez bir zamanda son qoymağa çalışacağı” qorxusundan qaynaqlanır.
Buna baxmayaraq, Ukraynanın 24-cü kanalı Ukrayna prezidentinin ofisindəki mənbəyə istinadən yazır ki, Qərbdə heç kim Kiyevə sözügedən təhlükəsizlik zəmanətini təklif etməyib: "Belə bir söhbət ümumiyyətlə yoxdur".

Ötən həftə isə FT nəşri yazıb ki, Qərb və Ukrayna rəsmiləri getdikcə münaqişənin həllinin yalnız “Alman ssenarisi”ndən istifadə etməklə mümkün olduğu qənaətinə gəlirlər. Söhbət itirilmiş ərazilərin Rusiya silahlı qüvvələrinin nəzarətində qalması, Ukraynanın qalan hissəsinin isə NATO-ya daxil olması müqavilələrindən gedir. Kreml bildirib ki, sülh planları ilə bağlı məqalələrin heç birinin real əsası yoxdur. (modern.az)


MANŞET XƏBƏRLƏRİ