Rusiyadan ABŞ-yə xəbərdarlıq - "Odla oynamayın"


Rusiya Kimyəvi Silahlar Konvensiyasının rejimini (Kimyəvi Silahlar Konvensiyası) tamamilə məhv etməmək üçün ABŞ və onun "peykləri"nə “odla oynamamaq” barədə xəbərdarlıq edir.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Kiyev rejimi ilə Yaxın Şərqdə və Afrikada islamçılara bağlı terrorçu və milli ekstremist qruplar arasında sıx qarşılıqlı əlaqə faktları bizi bir daha inandırır ki, “kimyəvi” terrorizm Ukrayna xüsusi xidmət orqanlarının yaratdığı çox real təhlükədir. ABŞ və onun "peykləri" 1997-ci ildən bəri qurulmuş KSK rejimini tamamilə məhv etməmək üçün “odla oynamasınlar”, - deyə diplomat vurğulayıb. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ