Plan baş tutmadı - Kurskdan çıxırlar


Ukraynanın qoşunları Rusiya qüvvələrinin intensiv toplanması səbəbindən Kursk vilayətindən geri çəkilməli olacaq. Hazırda həmin yerdə rusların üstünlüyü bir neçə dəfə çoxdur.

Turkustan.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik Pavlo Lakiyçuk deyib.

“Hazırda bölgədə ruslar Ukrayna qüvvələrini 4-6 dəfə üstələyir. Ukrayna qüvvələrinin əsas hücum istiqamətində düşməni effektli şəkildə saxlayacaqlarına əmin deyiləm”, - ekspert bildirib.

Analitik hesab edir ki, Rusiya qoşunlarının önünü bağlamaq məqsədi çox risklidir, rusların Kurskda nə qədər qüvvə toplamasından asılı olaraq, onlara qarşı durmaq getdikcə çətinləşəcək: “Düşünürəm ki, komandanlığımız düşmənin əsas hücum istiqamətlərindən – Pokrovsk və Kuraxivdən ciddi sayda qüvvəsini Kurska köçürəcəyinə inanmışdı. Amma bu baş vermədi”.

Lakiyçukun fikrincə, Pokrovsk və ya Uqledar Kremlə Kurskdan daha vacibdir.

“Hərbi nəticəyə gəlincə, bizim vəzifəmiz düşmənin ehtiyatlarını mümkün qədər geri çəkmək idi. Bəllidir ki, Kurskda düşmən qüvvələrinin sayı getdikcə artacaq. Bura Uqledar, Pokrovsk və ya Çasiv Yar deyil, indi Sucadan (Kurskun şəhəri) yapışmağın mənası yoxdur. Düşmən qüvvələri toplandıqca sayları da artacaq, nəticədə biz öz ərazimizə qayıtmalı olacağıq”, - hərbi analitik vurğulayıb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ