Çin dəstək verdi: Kim Çen Cənubu almağa hazırlaşır?


Çin və Şimali Koreya liderləri diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edərkən, iki dövlət arasında əməkdaşlığı gücləndirəcəklərinə söz veriblər.

Turkustan.az xəbər verir ki, bu barədə “Röyters” Pxenyanın bəyanatına istinadən məlumat yayıb.

"Çin və KXDR arasında əlaqələrin böyük əhəmiyyətini vurğulayan Szinpin qeyd edib ki, Pekin qonşusu ilə münasibətlərdə yeni fəsil yazmağa hazırdır. Öz növbəsində Kim Çen İn də söz verib ki, yeni dövrün tələb etdiyi kimi, Çinlə əməkdaşlığı inkişaf etdirməyə sarsılmaz səy göstərəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, KXDR Cənubi Koreyaya münasibətini fundamental şəkildə nəzərdən keçirməyə başlayıb:

"Bu isə müəyyən narahatlıqlar doğurur. Şimali Koreyanın Cənubi Koreya ilə sülh yolu ilə birləşmə məqsədini ləğv etmək üçün konstitusiyasına yenidən baxacağı gözlənilir. Həmçinin iki Koreya arasında sərhədin statusunun yenidən müəyyənləşdirilməsi planlaşdırılır. Pxenyan düzəlişləri müzakirə etmək üçün bazar ertəsi parlamentin iclasını çağıracaq. Bütün bunlar yarımadada gərginliyin artmasına səbəb ola bilər".


MANŞET XƏBƏRLƏRİ