İran Qəzza və Beyrutda etdiklərimizə baxsın - Qallant


İrana tövsiyyə edirəm ki, Tehran yeni hücum cəhdi etmək niyyətində olarsa, İsrail ordusunun Qəzza zolağında və Beyrutda etdiklərinə baxsın.

Turkustan.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“İranlılar İsrail Hərbi Hava Qüvvələrinin imkanlarına belə toxunmayıblar - heç bir eskadrilya vurulmayıb, heç bir təyyarə zədələnməyib, heç bir uçuş-enmə zolağı sıradan çıxmayıb və əməliyyatlarımızda heç bir maneə yoxdur. İsrailə zərər verməklə hərəkətə keçməyimizə mane olacaqlarını düşünən hər kəs Qəzza və Beyrutdakı əməliyyat nailiyyətlərimizə baxmalıdır”, - Qallant bildirib. (axar.az)


MANŞET XƏBƏRLƏRİ