ABŞ-dan Türkiyəyə sürpriz təklif: Əgər bunda ciddidirlərsə...


ABŞ-ın Türkiyəyə F-15 döyüş təyyarələri ilə bağlı təklifi Yunanıstanda səs-küyə səbəb olub.

Turkustan.az xəbər verir ki, bu barədə "Start" yazır.

ABŞ rəsmilərinin Türkiyənin F-15 C Eagle və ya F-15 EX Eagle II alması fikrinə açıq olduqları barədə açıqlamaları yunan mediası tərəfindən gündəmə gətirilib.

ABŞ-ın təklifinə təəccübünü gizlətməyən yunan mətbuatı "Vaşinqton F-15 döyüş təyyarələri ilə bağlı ciddidirmi" sualını müzakirə edir.

ABŞ-ın Türkiyəyə F-15 satmağa hazır olduğunu yazan yunan nəşrləri bununla belə, Ankaradan Vaşinqtona bununla bağlı sorğu daxil olmadığını yazırlar.

Digər yandan, ABŞ müasir F-35 qırıcılarına rəğmən, F-16-lardan imtina etmək fikrində deyil. Amerika Hərbi Hava Qüvvələri (USF) altı əsas komanda mərkəzindən 18 bazaya paylanan 608 F-16 tipli təyyarə üçün ölkə tarixində ən böyük modernləşdirmə prosesini başladıb. PoBIT proqramı çərçivəsində həyata keçiriləcək işlərlə 1988-2005-ci illər arasında istehsal edilən F-16 C və D tipli təyyarələr Blok 70 səviyyəsində modernizasiya ediləcək. Modernləşdirilmiş təyyarələr 2040-cı ilə qədər bir-bir inventarlaşdırılacaq.

Beləliklə, ABŞ inventarında ən çox F-16-ya sahib ölkə olmaqla yanaşı, ən çox Blok 70 modernizasiyasına malik hava qüvvələri ünvanına da sahib olacaq. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ