İsrail əməliyyatlara başladığını bəyan etdi – Hər kəs İranı gözləyirdi…


İsrail hərbçiləri gecə Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb, onlarla hədəfə hücum edilib.

Turkustan.az “Report”a istinadla xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin əvvəlcədən əldə etdiyi kəşfiyyat məlumatları, cari vəziyyətin qiymətləndirilməsi və İsrail Müdafiə Qüvvələrinin sahə fəaliyyətləri əsasında Qəzza zolağının şimalındakı Cəbaliya bölgəsində terrorçuların və terror infrastrukturunun mövcudluğunu göstərən, həmçinin HƏMAS-ın bu bölgədə öz əməliyyat potensialını bərpa etmək cəhdləri fonunda 162-ci diviziya bu gecə, bazar günü Cəbaliya bölgəsində fəaliyyətə başlayıb”, – məlumatda deyilir.

Ordunun bəyanatına görə, əməliyyatdan əvvəl və artıq onun gedişində quru bölmələrinin fəaliyyətini dəstəkləmək üçün İsrail Hərbi Hava Qüvvələri bu bölgədə “onlarla hərbi hədəfə” zərbələr endirib. “Vurulmuş hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu dəstələri və digər hərbi infrastruktur obyektləri var idi”, – mətbuat xidməti diqqətə çatdırıb.

“Bu bölgədəki terror infrastrukturunun sistematik məhv edilməsinə yönəlmiş əməliyyat məqsədlərinə çatmaq üçün lazım olduğu qədər davam edəcək”, – ordudan bildirilib.


MANŞET XƏBƏRLƏRİ