"İnşallah sağ-salamat geri qayıdarıq" - Pezeşkianın pilotlarla söhbəti Rəisinin müəmmalı ölümünü xatırlatdı + VİDEO


İran Prezidenti Məsud Pezeşkian dünən Qətərə iki günlük səfərdən qayıdarkən Hərbi Hava Qüvvələrinin pilotları ilə söhbət edib.

Turkustan.az xəbər verir ki, Dohadan Tehrana yollanan Məsud Pezeşkian onu müşayiət edən qırıcıların pilotları ilə söhbətində deyib:

“Sizin bizim üçün zəhmət çəkməyinizi istəmirdik. Qürurumuz sizin kimi qəhrəmanların olmasıdır və ölkə üçün yaratdığınız təhlükəsizlik qürur mənbəyidir. Allah sizi İran xalqı üçün qorusun. İnşallah sağ-salamat geri qayıdarıq”.

Qeyd edək ki, Pezeşkianın pilotlarla dialoqu sosial şəbəkələrin İran seqmentində maraqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Pezeşkianın pilotlara bu xəbərdarlığını sabiq İran lideri İbrahim Rəisinin bu yaxınlarda müəmmalı təyyarə qəzasında həlak olması ilə əlaqələndiriblər.

/AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ