İsrailə ağır zərbə: 20 əsgəri öldürüldü


“Hizbullah” Livanın cənubundakı sərhəd kəndinə hücumda İsrailin "elit qüvvələri"ndən 20-dən çox əsgəri öldürdüklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Hizbullah”ın sosial media hesabından paylaşım edilib.

Paylaşımda Livan sərhədinə yaxın Malikiye bölgəsində “Merkava” tankının raketlə hədəf alındığını və tankın yandırıldığını bildirib.

Məlumatda hücum zamanı İsrailin “elit qüvvələri”ndən 20-dən çox əsgərin də öldürüldüyü bildirilib.

İsrailin şimalında Hayfa yaxınlığında yerləşən Krayot bölgəsi və Kiryat Şimonadakı raket qurğuları və artilleriya mövqeləri də hücuma məruz qalıb.

Açıqlamada Livanın cənubundakı Marun er-Ras qəsəbəsində də İsrail ordusuna aid "hərbi maşın və əsgərlərdən ibarət bir qüvvənin" hədəf alındığı, atışmada İsrail əsgərlərinin öldüyü və yaralandığı deyilir.

“Hizbullah” qeyd edib ki, İsrailin Kefr Şuba təpələrindəki Ruveysat əl-Alem mövqeyi, eləcə də şimaldakı Karmiel və Sasa bölgələri də hədəfə alınıb. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ