Kadırov müharibə zonasına daha iki “Cybertruck” göndərdi


“Uzaqdan söndürmənin təsirinə məruz qalmayan daha iki “Cybertruck” elektrik pikapı xüsusi əməliyyat zonasına göndərilib”.

Turkustan.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.

“Xüsusi əməliyyat zonasına daha iki “Cybertruck” göndərilib, Qərb texnologiyası öz Qərbi “Ukronato” qoşunlarına qarşı qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlir - burada elektrik avtomobilinin bu keyfiyyətlərinə böyük tələbat var”. .

Kadırov qeyd edib ki, bu pikaplara uzaqdan söndürülmə təsir etməyib:

“Maşınlar normal işləyir və “Cybertruck” üçün daha yaxşı bir reklam ola bilməz”. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ