“XİN rəhbərlərinin “3+3” formatında görüşü hazırlanır” – Zaxarova


Xarici işlər nazirlərinin Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) formatında görüşü hazırlanır.

Turkustan.az xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, görüşün Türkiyədə planlaşdırıldığını qeyd edib.

“Deyə bilərəm ki, Ankarada belə bir görüş hazırlanır”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.


MANŞET XƏBƏRLƏRİ