Türkiyənin yeni silahı: Hədəfi 12-dən vurdu


Türkiyə müdafiə sənayesinin yeni Anka-3 pilotsuz döyüş təyyarəsi ilk atış sınağını uğurla başa vurub.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin Aerokosmik Sənayesi Şirkəti (TUSAŞ) məlumat yayıb.

“Anka-3-ün sınaqlarda üstün performans göstərməsi onun gələcəkdə ölkəmizin əməliyyat imkanları və müdafiə qabiliyyətinə böyük töhfə verəcəyinin göstəricisidir. Türk Əsrində sürətlə inkişaf edən müdafiə sənayemizə gecə-gündüz xidmət etməyə davam edəcəyik”, - açıqlamada deyilir. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ