ABŞ: İsrail və HƏMAS arasında atəşkəs yaxın gələcəkdə mümkün görünmür


ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın vaxtlarda İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunacağını gözləmirlər.

Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ Dövlət Departamenti və Pentaqonun rəsmilərinə əsaslanaraq verdiyi xəbərdə Qəzzada yaxın vaxtlarda atəşkəs razılaşmasının əldə edilməsinin gözlənilmədiyi bildirilib.

ABŞ mənbələrindən biri belə bir qiymətləndirmə edib ki, Ağ Ev tərəflərin atəşkəs razılaşmasının mətninin 90 faizində razılığa gəldiyini bildirsə də, sözügedən razılaşmanın “yaxın vaxtlarda əldə edilməyəcəyi”.

Mənbə Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycer və radioların partladılmasından sonra “geniş miqyaslı müharibə ehtimalının artdığını” bildirərək, “bu vəziyyətin İsrail və HƏMAS arasında diplomatik səyləri daha da çətinləşdirəcəyini” qeyd edib.

Digər bir səlahiyyətli "atəşkəs razılaşmasının əldə oluna biləcəyinə dair şübhələri olduğunu" bildirərkən, bu düşüncənin arxasındakı səbəbin tərəflər arasında əldə edilə bilməyən məhbus mübadiləsi və HƏMAS-ın tələbləri olduğunu bildirdi.

ABŞ-dan kənar başqa bir məmur da Livanda Hizbullahın peycer və radiolarının partlaması səbəbindən atəşkəs razılaşmasının mümkünlüyünün “yoxa çıxdığını” bildirib və ABŞ-da prezident seçkilərinin nəticələrinin bu məsələnin necə irəliləyiş edəcəyini formalaşdıracağını dəyərləndirib.

Atəşkəs və əsir mübadiləsi üçün danışıqlar uzun müddətdir ki, davam edir

İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana davam edən hücumlarını dayandırmaq üçün uzun müddətdir tərəflər arasında dolayı danışıqlar aparılır.

Baş nazir Benyamin Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.

İsrailin saziş layihəsinə əlavə etdiyi maddələrin, xüsusilə Filadelfi dəhlizinə, Misir-Qəzza sərhəd xəttinə nəzarəti saxlamaqda israrlı olmasının danışıqları çətinləşdirdiyi vurğulanır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ