Yaxın Şərqdə vəziyyət gərginləşir: Bu, müharibə elanıdır


Livandakı partlayışlardan sonra açıqlama verən Hizbullah lideri Nəsrullah son 48 saatda baş verən hücumların müharibə elanı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, İsrail və Qəzza qırğınlarından sonra Yaxın Şərqdə aktivlik davam edir. İşğalçı İsrail indi gözünü Livana dikib. Kiberhücumlar dünya ictimai rəyində geniş əks-səda doğursa da. Hizbullah liderindən yeni müharibə bəyanatı gəlib.

Nəsrullah bildirib ki, İsrail koordinasiyalı hücumlar həyata keçirməklə bütün qırmızı xətləri keçib.

Hücumların bəzilərinin xəstəxanalar, apteklər, bazarlar, ticarət dükanları və hətta iqamətgahlar, şəxsi avtomobillər və ictimai yollarda, o cümlədən qadın və uşaqlar da daxil olmaqla minlərlə mülki şəxsin olduğu yerlərdə baş verdiyini əlavə edən Nəsrullah, İsrailin hücuma daha çox olduğunu bilə-bilə başladığını söylədi. 4 min peyjer istifadə edildiyini vurğulayaraq başladığını vurğuladı.

Nəsrullah hücumları “terror aktı” və “qırğın” kimi dəyərləndirərkən, bu hücumların Livan xalqına və ölkənin suverenliyinə qarşı bir hərəkət və müharibə elanı olduğunu da vurğuladı.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Yaxın Şərqdəki vəziyyəti qiymətləndirmək üçün ABŞ, Fransa, İngiltərə və Almaniya ilə təcili toplantı keçirməyə qərar verdiklərini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ