Nəsrullah meydan oxudu: “Buyurun gəlin”


Çərşənbə axşamı və çərşənbə günləri İsrail Livanda peycerləri və telsizləri uzaqdan partladaraq, aralarında mülki şəxslər də daxil olmaqla 32 nəfəri öldürdükdən sonra Hizbullah lideri Həsən Nəsrullah dünən kameralar qarşısına keçib. İntiqamı simvolizə edən qırmızı fon qarşısında çıxış edən Nəsrullah, İsrailin bütün qırmızı xətləri keçdiyini bildirərək, bunun müharibə elanı olduğunu vurğuladı.

Turkustan.az xəbər verir ki, İsrailin qəsdən minlərlə livanlını öldürmək istədiyini və hücumların əksəriyyətinin xəstəxanalarda, apteklərdə, bazarlarda, mağazalarda və hətta qadın və uşaqların olduğu şəxsi yaşayış yerlərində həyata keçirildiyini vurğulayaraq, baş verənləri terror aktı və qırğın kimi qiymətləndirib. Nəsrullahın çıxışından əvvəl və çıxışı zamanı İsrail döyüş təyyarələri Livanın bəzi nöqtələrini bombalayıb və Beyrut üzərində alçaq uçuşlar həyata keçirib. Beyrut sakinləri səs bumu eşitdiklərini bildirdilər.

İsrailin texnoloji cəhətdən üstün olduğunun fərqində olduqlarını ifadə edən Hizbullah lideri, “Bu çevriliş bizi diz çökdürməyib və yıxmayacaq” deyib. Digər tərəfdən İsrailə cavab verəcəklərini bildirən Nəsrullah, "Daha əvvəl eşitmədiyiniz şeyləri eşidəcəksiniz" dedi. Nəsrullah İsrail liderlərinə müraciət edərək, “İşğalçı xalqınız Livan sərhədinə qayıda bilməyəcək” deyə onlara meydan oxuyub. Livan daxilində bufer zonasının yaradılmasını müdafiə edən İsrail komandirlərini “axmaq” adlandıran Nəsrullah, “Ümid edirəm ki, gələcəklər və bu, bizim üçün bir fürsət olacaq” deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ