Təyyarədə radio və peycer gəzdirmək qadağan edildi


İsrail Livanda Hizbullahın rabitə üçün istifadə etdiyi peycerləri partlatdıqdan sonra, Livan Mülki Aviasiya İdarəsi sərnişinlərə təyyarədə və baqajlarında peycer aparmağı qadağan etmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, Livan Mülki Aviasiya İdarəsi tərəfindən Livandan uçan bütün yerli və xarici hava yollarına göndərilən məktubda Beyrut Rəfik Həriri Hava Limanından uçan bütün sərnişinlərin növbəti xəbərdarlığa qədər təyyarədə peycer və radio aparatları daşıması qadağan edilib.

Bildirilib ki, qadağa təkcə sərnişinlərə deyil, onların özləri ilə apardıqları baqajlara da şamil edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ