İsraildən HƏMAS-a Sinvar təklifi


İsrail mətbuatı HƏMAS-ın yeni lideri seçilən Yəhya Sinvarla bağlı maraqlı iddia irəli sürüb. Müvafiq olaraq, Təl-Əviv administrasiyası HƏMAS-ın əlində olan bütün girovları azad etmək müqabilində Sinvara Qəzzadan təhlükəsiz çıxacağını vəd edib.

Turkustan.az xəbər verir ki, İsrailin ictimai yayımı KAN-ın xəbərinə görə, Yəhya Sinvarla birlikdə Qəzzanı tərk etmək istəyən digər Həmas üzvlərinə də təhlükəsiz çıxış təklifi edilib.

Təklifdə həmçinin İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi, Qəzzada yeni inzibati sistemin qurulması və Qəzzanın silahsızlaşdırılması da var.

Digər bir İsrail mediasının məlumatına görə, girovlara cavabdeh olan səfir planı amerikalılara çatdırıb, amerikalıların isə planı ərəb rəsmilərinə çatdırması gözlənilir.

İsrail mediası HƏMAS lideri Sinvarın razılaşmadan sonra təhlükəsizliyi üçün ABŞ-dan zəmanət istədiyini iddia edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ