Stoltenbenrg: “Avropa qitəsi Türkiyəsiz təhlükəsiz ola bilməz”


Oktyabrın 1-də vəzifəsini Hollandiyanın keçmiş baş naziri Mark Rutteyə təhvil verəcək NATO-nun baş katibi Yens Stoltenberq Almaniya Marşal Fondunun analitik mərkəzinin təşkil etdiyi tədbirdə vida nitqi söyləyib.

Turkustan.az xəbər verir ki, Atlantikanın hər iki tərəfindən Amerika və Avropanın yollarını ayırmağa çağıran səslər eşitdiklərini ifadə edən Stoltenbenrg, “Uzunmüddətli əməkdaşlıq əvəzinə dar düşüncəli milli maraqlara diqqət yetirmək bizə yaxşı xidmət etməyəcək. "İzolyasiya heç kimi təhlükəsiz saxlamayacaq" dedi. “Avropalılar anlamalıdırlar ki, NATO olmadan qitədə təhlükəsizlik yoxdur” deyən baş katib əlavə edib: “Bu, təkcə resurslarla bağlı deyil, həm də coğrafiyadır. “Cənubda Türkiyə, şimalda Norveç və ABŞ, qərbdə Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ