Ukrayna Polşanın təklifini rədd etdi - Bu yolverilməzdir


Ukrayna Polşanın Krımın mülkiyyəti ilə bağlı təklifini qəti şəkildə rədd edərək, bu məsələ ilə bağlı müzakirələrin və kompromislərin yolverilməzliyini bəyan edib.

Turkustan.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ukraynanın ərazi bütövlüyü heç vaxt müzakirə və ya kompromis mövzusu olmayıb, ola da bilməz” - nazirlik vurğulayıb.

Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirdiyi görüşdə Krımın statusu ilə bağlı “ədalətli referendumun hazırlanması” üçün Krımın BMT mandatı altına verilməsini təklif etmişdi. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ