İsrail Livana zərbələri kəskin artırdı - Son dəqiqə


İsrail ordu qüvvələri hazırda Livanda Hizbullah mövqelərinə güclü zərbələr endirir.

Turkustan.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.

Bildirilib ki, əməliyyatın hədəfi təşkilatın potensialını və infrastrukturunu məhdudlaşdırmaqdır.

***

İsrail ordusu Livanın cənubunda 50-dən çox obyektə zərbə endirib.

Hələ ki, Livan və Hizbullah rəsmiləri hücumlarla bağlı rəsmi açıqlama verməyib.

***

İsrail aviasiyası Livanın cənubunda bombardmanların intensivliyini artıraraq 20 dəqiqə ərzində 70-ə yaxın zərbə endirib.

Bu barədə “Əl Hadath” məlumat yayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ