Consondan çağırış: Ukraynanı dərhal qəbul edək!


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın dərhal NATO-ya qəbul edilməsinə çağırıb.

Turkustan.az xəbər verir ki, keçmiş baş nazir bu barədə “Spectator” jurnalı üçün məqaləsində yazıb.

“Ukraynanı dərhal NATO-ya qəbul etməliyik, vurğulayıram - dərhal! Bunu etmək üçün yol var. Ukraynanı hələ müharibə bitməmiş təşkilata üzv olmağa dəvət edə bilərik. Çünki biz 5-ci maddə üzrə təhlükəsizlik zəmanətini hazırda Ukraynanın nəzarətində olan bütün Ukrayna ərazilərinə şamil edə bilərdik”, - o bildirib.

Conson qeyd edib ki, bu, bloka Ukraynanın böyük hissəsini qorumağa imkan verəcək və onun əraziləri qaytarmaq hüququnu dəstəkləyəcək. /axar.az/


MANŞET XƏBƏRLƏRİ