ABŞ Livandakı partlayışlardan öncədən xəbərdar idi?


İsrail sentyabrın 17-də Livanda planlaşdırılan əməliyyat barədə ABŞ-ı məlumatlandırsa da, konkret hansı addımların atılacağı ilə bağlı heç bir təfərrüat verməyib.

Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, partlayışların baş verməsindən amerikalı diplomatlar təəccübləniblər.

Xatırladaq ki, ötən gün İsrail müdaxiləsi ilə peycerlərin, bu gün isə telefon, notbukların partladılması nəticəsində onlarla insan həlak olub, minlərlə insan xəsarət alıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ