İndi də telefonlar, noutbuklar partlayır: 14 ölü, 450 yaralı - VİDEO


Livanda rabitə cihazlarında yeni partlayışlar baş verib, nəticədə 100 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

Yerli mediaya görə, peycerlərdən sonra radiolar, noutbuklar və telefonlar partlamağa başlayıb.

Sakinlər bildirib ki, mobil telefon mağazaları və məişət texnikası da partlayır. Bəzi yaşayış binaları yanmağa başlayıb.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

***

Baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insan isə yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Yeni partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, ən azı 450 nəfər isə yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ