Mövcud peyvəndin bir dozası meymunçiçəyi infeksiyasının qarşısını ala bilər


Yeni bir araşdırmaya görə, mövcud peyvəndin bir dozası meymun çiçəyi (Mpox) virusundan qoruya bilər.

Turkustan.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2022-ci ilin iyul ayında beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyət elan edilmiş meymun çiçəyi virusunun yayılması yavaşlaya bilər.

ÜST həmin dövrdə çiçək xəstəliyinə qarşı ikinci və ya üçüncü nəsil peyvəndlərin məqsədyönlü istifadəsini tövsiyə etdi, lakin bu yanaşma ilə bağlı klinik və ya faktiki məlumatlar məhdud idi.

Çiçək xəstəliyi meymun çiçəyi ilə əlaqəli viral xəstəlikdir və peyvəndlə qarşısını almaq olar.

Kanadada aparılan müşahidə tədqiqatında, MVA-BN (Modified Vaccinia Ankara-Bavarian Nordic) peyvəndinin birdəfəlik meymun çiçəyinin qarşısının alınmasında yüzdə 58 təsirli olduğu müəyyən edilib.

Ontario Xalq Sağlamlığı və Toronto Universitetindən Dr. Kristin Navarronun rəhbərlik etdiyi qrup araşdırmanın müşahidə məlumatları üzərində aparıldığını, lakin bu məlumatların fövqəladə vəziyyətlərdə mühüm həllər təmin edə biləcəyini bildirib.

Araşdırmada peyvənd edilmiş 3204 kişi peyvənd olunmamış 3204 kişi ilə müqayisə edilib.

Tədqiqat dövründə peyvənd olunmuş qrupda 21 meymun çiçəyi, peyvənd olunmamış qrupda isə 50 hadisə aşkar edilib.

Peyvənddən sonra ilk 14 gündə infeksiya nisbətində heç bir azalma olmadı, bu, immun reaksiyanın inkişafı üçün tələb olunan vaxt kimi şərh edildi.

Kanadada iki dozada tətbiq edilən bu peyvəndin daha da yayılması və risk altında olan icmalara çıxışının təmin edilməli olduğu vurğulanıb.

Araşdırma "British Medical Journal"da dərc olunub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ