Köçəryan, Ohanyan və digərləri məhkəmə qarşısına çıxarılacaq


Ermənistanın Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatası eks-prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər sabiq vəzifəli şəxslərin ittiham olunduğu cinayət işi (Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) üzrə çıxarılmış qərarı dərc edib. Eyni zamanda adları çəkilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə əvvəlki məhkəmə qərarı ləğv edilib.

Turkustan.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, iş yeni araşdırma üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Kassasiya Məhkəməsi bəyan edib ki, hazırkı şəraitdə birinci instansiya məhkəməsinin Robert Köçəryan, Seyran Ohanyan, Armen Gevorkyan və Yuri Xaçaturov barəsində başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərarı qanunsuzdur.

Robert Köçəryan və digər şəxslərə aid edilən hərəkətlərdə Cinayət Məcəlləsinin başqa maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətlərinin olduğu nəzərə alınaraq, işə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılacaq. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ