Birləşmiş Ştatlar Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrinin mümkün satışına, hərbi texnikanın təmirinə və yenidən göndərilməsinə “öhdəlik” etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamentinin mümkün satışı təsdiqləməkdə "qətiyyətini" ifadə etdiyinə dair açıqlama verib.
Açıqlamada, Tayvana veriləcək hərbi texnikanın ehtiyat hissələrinin satışı, təmiri və yenidən yüklənməsinin ümumi dəyərinin 228 milyon dollar olduğu bildirilib.
Açıqlamada, söz mövzusu mümkün satışın "bölgədə siyasi sabitliyin, hərbi tarazlığın və iqtisadi tərəqqinin qorunmasına kömək edəcəyi" və satışın Tayvanın hazırkı və gələcək təhdidlərlə öhdəsindən gəlmək qabiliyyətini artıracağı bildirilib.
Eltac Zülfüqaroğlu/Turkustan.az