ABŞ ordusu Nigeri tamamilə tərk edir


Mayın 19-da başlayan geri çəkilmənin sentyabrın 15-də başa çatdığını açıqlayan ABŞ Müdafiə Nazirliyi sözügedən addımın Niger ordusu ilə əməkdaşlıq çərçivəsində atıldığını qeyd edib.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ əsgərlərinin Nigerdən çıxarılmasının başa çatdığını açıqlayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuata açıqlamasında mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz və rəvan şəkildə tamamlanıb.

Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini martın 17-də ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ən qısa zamanda ölkəni tərk etməsini tələb edib. ABŞ qoşunlarının ən geci 15 sentyabra qədər Nigerdən tamamilə çıxarılacağını açıqlamışdı.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ