Husilər tərəfindən vurulan SOUNION neft tankerində əməliyyat


Avqustun 21-də yəmənli husilərin hədəfində olan və bir milyon barrel xam neft daşıyan SOUION tankeri əməliyyatla müvəffəqiyyətlə təhlükəsiz bölgəyə çəkilib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Husilərə qarşı birgə əməliyyatı olan Aspides tərəfindən edilən şərhdə, “Aspides mühafizəsi altında SOUNION müvəffəqiyyətlə neft sızması olmadan təhlükəsiz bölgəyə çəkilib.

Şəxsi maraqlı tərəflər xilasetmə əməliyyatını tamamlayana qədər Aspides vəziyyətə nəzarət etməyə davam edəcək

Xilasetmə əməliyyatının bu mərhələsinin başa çatdırılması bütün regiona təsir edəcək ekoloji fəlakətin qarşısını almaq üçün qərarlı olan bütün maraqlı tərəflər arasında hərtərəfli yanaşma və sıx əməkdaşlığın nəticəsidir.

"Aİ-nin etibarlı dəniz təhlükəsizliyi təminatçısı kimi fəaliyyət göstərən Aspides, fəaliyyət göstərdiyi ərazidə naviqasiya azadlığına, dənizçilərin həyatının və qlobal ümumi mülkiyyətin qorunmasına töhfə verməyə davam edir."

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ