Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi


Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar. /modern.az/


MANŞET XƏBƏRLƏRİ