İran Prezidenti Məsud Pezeşkian prezident seçildikdən sonra ilk rəsmi səfərini İraqa edib.
Hər kəs Pezeşkianın ilk səfərini Azərbaycana və Türkiyəyə edəcəyini düşünürdü.
Sizcə Pezeşkian niyə ilk səfərini Azərbaycan və Türkiyəyə deyil, İraqı seçdi?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan. az-ın suallarını cavablandırıb.
Əziz Əlibəyli
Ə. Əlibəyli bildirib ki, “İraq onların strateji maraqlarının olduğu ərazidir. Mən keçən dəfə bu mövzu haqqında araşdırma aparanda gördüm ki, Pezeşkianın İraqa üstünlük verməsi bütövlükdə İraqın parçalanmasına yönəlik İranın oynadığı oyundur.
Əlbətdə ki, İranın İraqın şiə hissəsində ciddi maraqları var. Bunun üzərindən İran bölgəyə hökm edə bilər.
O cümlədən də İraqla Türkiyə arasında yeni bir trans ticarət yolunun çəkilməsi məsələsində ciddi əməkdaşlıqlar var. İran bunu əngəlləmək düşüncəsindədir.
Əlbəttə ki, şiə ideologiyası da üstünlük təşkil edəcək. Əsas baxışlar İraqa getməyə dikdə edirsə, oraya getmək məsələsi gündəmdə idi”.
Eltac Zülfüqaroğlu / Turkustan.az