Rusiya ordusu Kurska girdi - ŞOK GÖRÜNTÜLƏR


Xəbər verdiyimiz kimi, Rusiya ordusuna yaxın hərbi teleqram kanallarında Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb.

Turkustan.az-ın məlumatına görə, TASS Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi idarəsinin rəisinin müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova istinadən əməliyyatla bağlı bir sıra detalları açıqlayıb.

Alaudinov deyib ki, Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini geri alıb. "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çox ağır itkilər verir və başa düşməyə başlayıblar ki, bu ərazini tutmaq onlar üçün çətindir", - o qeyd edib.

Teleqram kanalları bir sıra kəndlərin Ukraynadan geri alındığını bildirir. Rusiyaya məxsus kanallar Korenevski rayonunda səkkiz kəndin və 150 ​​kvadrat kvadratmetrə qədər ərazinin ələ keçirildiyini bildirib.

Ukraynanın “Deep state” hərbi portalı Rusiya bölmələrinin Korenevski rayonunda irəliləməsi barədə məlumat yayıb. Kanal Rusiyaya məxsus zirehli texnika karvanının bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mühüm qalası sayılan Snaqost kəndinə daxil olmasının görüntülərini yayıb. Görüntülərdə ən azı səkkiz tank və zirehli maşın görünür.

Ukrayna tərəfi açıqlamalara münasibət bildirməyib. Rusiya Müdafiə Nazirliyi də əks-hücum barədə məlumat verməyib. Nazirliyin son açıqlamasına görə, Kurskda Ukrayna Silahlı Qüvvələrinin 10 hərbçisi Kursk vilayətində əsir götürülüb. Qubernator isə deyib ki, Kursk vilayətinin sərhəd rayonlarını 150 mindən çox insan tərk edib

Qeyd edək ki, Ukraynanın Kursk vilayətində hərbi əməliyyatları avqustun 6-da başlayıb. Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.

(modern.az)


MANŞET XƏBƏRLƏRİ