Almaniya sərhədlərini bağlayır: Müvəqqəti nəzarət elan edildi


Almaniya qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün qollarını çırmalayıb. Hökumət ictimaiyyəti mümkün təhlükələrdən qorumaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti elan edib. Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, yoxlamaların sentyabrın 16-da başlayacağı və ilkin olaraq 6 ay davam edəcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, Almaniya qeyri-qanuni mühacirlərə qarşı tədbir görüb. Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizə və ictimaiyyəti mümkün təhlükələrdən qorumaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti elan edib.

Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, yoxlamaların sentyabrın 16-da başlayacağı və ilkin olaraq 6 ay davam edəcəyi bildirilib. "Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt mövqeyimizi qoruyuruq", - Almaniyanın daxili işlər naziri Nensi Fazer bildirib.

Avstriya Daxili İşlər Naziri Gerhard Karner bu gün verdiyi açıqlamada Almaniyanın rədd etdiyi heç bir immiqrantı sərhəddə qəbul etməyəcəklərini vurğulayaraq, “Orada manevr etməyə yer yoxdur. Bu qanundur. “Mən federal polis rəisinə heç bir ekstradisiyaya icazə verməməyi tapşırmışam.

Almaniya Danimarka, Hollandiya, Belçika, Lüksemburq, Fransa, İsveçrə, Avstriya, Çexiya və Polşa ilə 3700 kilometrdən çox quru sərhədini bölüşür.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ