Ərdoğan: “HƏMAS qruplaşması tək Qəzzanı deyil, Türkiyəni də müdafiə edir” - VİDEO


“İsrail belə davam edərsə, Qəzza ilə kifayətlənməyəcək. Ramallahı işğal etdikdən sonra gözünü başqa ərazilərə də dikəcək”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmam Hatiplər Qurultayında çıxışı zamanı bildirib.

O qeyd edib ki, HƏMAS qruplaşması təkcə Qəzzanı deyil, həm də İslam torpaqlarını və Türkiyəni də müdafiə edir:

“Odur ki, İsrailin dövlət terroruna qarşı durmaq bizim islami borcumuzdur”.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ