Livandan İsrailə raket hücumu


Livanın cənubundan İsrailə 30 raket atıldığı, hücumda ölən və yaralananların olmadığı bildirilib.

Turkustan.az xəbər verir ki, X hesabında edilən açıqlamada İsrail ordusu, İsrailin şimalındakı Yuxarı Cəlil bölgəsinə 30 raket atıldığını açıqlayıb.

Açıqlamada erkən xəbərdarlıq sistemlərinin işə salındığı, raketlərin açıq ərazilərə düşdüyü, hücum nəticəsində can itkisinin və yaralanmanın olmadığı qeyd edilib.

Açıqlamada, raketlərin Nəbatiyə şəhərinin Bint Cübeyl qəsəbəsinin Yatir bölgəsindən atıldığı, raket buraxılış sistemlərinin isə İsrail döyüş təyyarələri tərəfindən vurulduğu müəyyən edilib.

Hizbullah tərəfindən edilən yazılı açıqlamada İsrailin şimalındakı Neria dağı hərbi bazasına Katyuşa raketləri ilə hücum edildiyi bildirilib.

Hizbullahın açıqlamasında Yatır bölgəsindəki raket qurğularının İsrail döyüş təyyarələri tərəfindən hədəf alındığı iddiasına münasibət bildirilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ