İsrail ordusundan "Livana hücuma hazırlıq" barədə bəyanat


İsrailin Baş Qərargah rəisi Herzi Halevi İsrail ordusunun Hizbullaha qarşı mübarizəyə cəmləşdiyini və Livana "hücum addımları" atmağa hazırlaşdığını bildirib.

Turkustan.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Livanın içərilərinə hücum üçün hazırlıqların görüldüyü bildirilib.

İsrail Baş Qərargah rəisi Herzi Halevi Livana "hücumedici addımlar" atmağa hazırlaşdığını bildirib.

Ordudan verilən açıqlamaya görə, Halevi işğal altındakı Qolan təpələrinə səfər edib.

Halevi burada verdiyi açıqlamada İsrail ordusunun Hizbullaha qarşı mübarizəyə cəmləşdiyini və “düşmən ərazisinin” (Livan) dərinliklərində “hücum addımları” atmağa hazırlaşdığını bildirib.

Halevi bunu şimal bölgəsinin, eləcə də Qolan təpələrinin sakinləri üçün təhlükələri azaltmaq üçün etdiklərini müdafiə edib.

Hizbullah tərəfindən edilən yazılı açıqlamada İsrailin şimalındakı hərbi mövqelərin və İsrail əsgərlərinin istifadə etdiyi binaların kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulduğu bildirilib. Hücumlarda hədəflərin tam dəqiqliklə vurulduğu qeyd edilib.

Livanın NNA xəbər agentliyi İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Ayterun qəsəbəsinə təşkil etdiyi iki ayrı hücumda bir evin tamamilə dağıldığını bildirib.

Xəbərdə İsrailin Təl-Nəhhas və Əl-Həmamis arasındakı bölgəyə fosforlu top mərmiləri ilə hücumunun bölgədə yanğına səbəb olduğu da bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ