Bu il Azərbaycandan Özbəkistana nə qədər "qohumgördü"yə gedib?


2024-cü ilin yanvar-iyul ayları ərzində 9,6 min Azərbaycan vətəndaşı Özbəkistan Respublikasına turizm məqsədilə daxil olub.

Turkustan.az Stat.uz-a istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 1,6 min nəfər və ya 19,8 faiz artıb. 2024-cü ilin yanvar-iyul aylarında səyahət məqsədilə Özbəkistan Respublikasına gedən Azərbaycan vətəndaşlarının sayı: asudə vaxt və istirahət - 5657 nəfər; qohumları ziyarət edənlər – 3362 nəfər; rəsmi – 543 nəfər; müalicə - 9 nəfər; təhsil - 3 nəfər.


MANŞET XƏBƏRLƏRİ