HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik günü-gündən artır. İranın İsrailə cavab hücumu gözlənildiyi halda, daha bir təəccüblü açıqlama, təqaüddə olan amerikalı polkovnik Duqlas Makqreqordan gəlib.
Turkustan.az xəbər verir ki, İsrailin də parçası olduğu böyük bir savaşa doğru getdiyimizi deyən Amerika adı Türkiyə ilə bağlı da diqqətçəkən açıqlamalar verib.
Prezident Ərdoğanın İsrailin Livana girəcəyi təqdirdə bu vəziyyətin Livanda sabitliyi pozacağının fərqində olduğunu ifadə edən təqaüdçü amerikalı polkovnik Duqlas Makqreqor da Türkiyə əleyhinə etiraflar edib. ABŞ-lı polkovnik Amerikanın Suriyada terror təşkilatı PKK/YPG-ni Türkiyəyə hücuma hazırladığını bildirib.
Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam? PKK-nı, xalq mücahidləri təşkilatını və bəzi digər təşkilatları Türkiyəyə hücum etməyə təşviq edir və silahlandırırıq. Türklər də bunun fərqindədirlər və bundan çox narahatdırlar. Biz bunu keçmişdə mütəmadi olaraq etmişik. Amma bu dəfə çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar. Onlar istəmirlər ki, biz onlara qarşı birbaşa tədbir görəcək vəziyyətdə olaq. Başqa sözlə, biz İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru gedirik. Amerika artıq onun bir hissəsidir. Türkiyə dövləti müharibənin astanasında olduğunu ictimaiyyətə açıqlamaq üzrədir. Bunu müstəqillik mübarizəsi kimi təqdim etsələr, şübhəsiz ki, ictimai rəy mübarizə aparmaq istəyəcək və bu, Ərdoğanın hələ də qaçdığı bir şeydir.
Eltac Zülfüqaroğlu/Turkustan.az