İranın HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsinə cavabı birmənalı və qəti olacaq.
Turkustan.az xəbər verir ki, bunu HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Kadumi deyib.
Onun sözlərinə görə, İran Haniyənin qətlinə ciddi cavab verəcək.
“İran Prezidenti Məsud Pezeşkian HƏMAS Qəzzadakı bürosunun sədr müavini Xəlil əl-Həyanı əmin edib ki, qətiyyətli addımlardan başqa heç nə İsmayıl Haniyənin qəsdən və məqsədyönlü şəkildə öldürülməsinin qisası sayıla bilməz”, - Kadumi vurğulayıb.
HƏMAS rəsmisi qisasla bağlı İrandan başqa vəd aldıqlarını da açıqlayıb:
“İran parlamentinin sədri Məhəmməd Bəkr Qalibaf da son bir neçə gündə HƏMAS rəsmiləri ilə görüşü zamanı söyləyib ki, İranın cavabı qəti və birmənalı, eləcə də xarakter və formaca fərqli olacaq”. (teleqraf.com)