Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərindəki supermarketi atəşə tutub.
Turkustan.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında məlumat yayıb.
“Ruslar şəhəri top artilleriyasından atəşə tutdular və supermarketə zərbə endirdilər. Bu, izdihamlı yerə növbəti məqsədyönlü hücum, növbəti terror aktıdır”, - Filaşkin qeyd edib.
Qeyd olunub ki, zərbə nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, sahəsi min kvadratmetr olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidməti (FHN), hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyir.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri bəyan ediblər ki, Ukrayna Təhlükəsizlik Xidməti Konstantinovkaya hücumun hansı şəraitdə baş verdiyini araşdırır.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna hakimiyyəti təhqiqat aparmaq niyyətində deyil, çünki Konstantinovkaya hücumun Rusiya tərəfindən həyata keçirildiyi Kiyevə “aydındır”.
Axtarış-xilasetmə əməliyyatları davam edir. /yeniavaz.com/