“Ukraynanın Rusiya ərazilərinə girməsi yanlışdır, partlayan AES yox atom bombası olacaq” – ŞƏRH


Xəbər verdiyimiz kimi, Ukrayna ordusu Kurskda gedən döyüşlərə qatılmaq üçün göndərilən rus hərbi kolonuna Rila rayonunun Oktyabrsk şəhəri yaxınlığında zərbə endirib.

Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib, 20-dən çox yaşayış məntəqəsini, o cümlədən Suca şəhərinə nəzarəti ələ keçirib. Hazırda ərazidə döyüşlər gedir.

Sizcə rus ordusunun getdikcə zəifləməsinin və cəbhədəki uğursuzluqlarının səbəbi nədir?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Turkustan.az-ın suallarını cavablandırıb.

Türkiyə ilə Suriya arasında buzlar əriyəcəkmi? — ŞƏRH

Politoloq bildirib ki, “Ukraynanın Rusiyaya hücumu fonunda ələ keçirdiyi ərazilərdə Rusiyanın hələlik bu məsələyə reaksiya verməməsini, taktiki strateji addım olaraq qiymətləndirirəm. Ümumiyyətlə Ukraynanın Rusiya ərazilərinə girməsi yanlış idi. Torpaqların 20 faizi işğal olan ölkənin müharibəni düşmənin ərazisinə keçirilməsi doğru bir addım deyil. Bu həm də Ukraynanın özünü də işğalçı vəziyyətinə qoyur. Bu günə qədər Ukrayna əgər işğala məruz qalan ölkə idisə, indi eyni qayda özü də Rusiya ərazilərini işğal edib və işğalçıya işğalçı kimi addım atıb. Yəni öz doğru yolundan artıq kənara sapıbdır. Müqayisə üçün deyim ki, Azərbaycan 30 il müddətində 20 faiz torpaqların işğalına baxmayaraq bir dəfədə olsun müharibəni Ermənistan ərazisinə keçirmədi. Çünki bu onun haqlı vəziyyətdən haqsız çıxaracaqdı. Amma Ukrayna bu yalnışa düşdü. Mən, Rusiyanın reaksiya verməməsini sadəcə strateji taktiki gediş olduğunu düşünürəm. Kurska qədər gəliblər və hələ ki, Rusiya tərəfi ciddi bir şey etməyibdir. Düşünürəm ki, bir müddət içəri girəndən sonra Rusiya əks hücuma keçib və mühasirəyə alıb həmin o qüvvələri sıradan çıxardacaq”.

Politoloq əlavə olaraq bildirib ki, “ Təcrübə göstərir ki, Rusiyanın ərazisində müharibə aparmaq və öz ərazisində ona qalib gəlmək tarix boyunca mümkün olmayıb. Xüsusilə də proseslər qışa doğru gedirsə. Hətta belə bir deyim var ki, Rusiyanı ruslar yox qış xilas edir. Bunu Osmanlı rus müharibələrində də, Napaleonun və Adolf Hitlerin işğal cəhdindən də görmüşük. Rusiyanın böyük ərazisi var və bu ölkəni işğal etmək o qədər də mümkün deyil. Əlbəttə bu Ukraynanın taktiki gedişdir. Yəni tutduğu ərazilərlə işğal olan əraziləri dəyişmək istəyir. Amma ruslar bunu çox ağır şəkildə cavab verəcək. Nəzərə almaq lazımdır ki, rusların buna cavabı həm də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının nizamnaməsi istiqamətində ola bilər. Hətta Moskvaya doğru irəliləsələr Rusiya bunu təhdid görüb taktiki nüvə silahlarından istifadə edə bilər. Nüvə silahına dair konvensiyada əgər nüvə ölkəsinin paytaxtı ərazilərinin işğalına cəhd olarsa o zaman həmin silahdan istifadə edə bilər. Təəssüf ki, Ukrayna bu gedişlə ikinci Çernobıl faciəsi ilə üz-üzə qala bilər. Burada artıq partlayan bir AES yox elə birbaşa atom bombasının özü olacaqdır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ