Rusiya hücuma məriz qaldı - KTMT niyə kömək etmir? - Açıqlama


Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücuma keçib və 20-dən çox yaşayış məntəqəsini nəzarət altına alıb. Qeyd olunur ki, vilayətin içərilərinə doğru 26 kilometr irəliləyən ukraynalılar 430 kv.km ərazini ələ keçiriblər. Hazırda vilayətdə şiddətli döyüşlərin getdiyi bildirilir.

Bölgədə yaranan vəziyyəti Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Ukrayna Rusiyaya qarşı analoji addımı atır.

"Ruslara bildirmək istəyirlər ki, sən bizim ərazimizə necə qanunsuz girmişdin, torpaqlarımızı işğal etmişdin, biz də sənin ərazinə girmişik. Yəni sənin ərazinin də təhlükəsizlik təminatı yoxdur. Bu isə müharibənin genişlənməsi və Qərbin laqeydliyinin əlamətidir”.

Politoloqun sözlərinə görə, Putin Ukraynaya hücum etməklə strateji səhvə yol verib:

“Rusiya son otuz ildə əldə etdiklərinin hamısını itirdi. Hansı ki, Rusiya KTMT-nin üzvüdür və orda yazılıb ki, əgər hər hansı KTMT üzvünə hücum olsa, digər ölkələr ona kömək edəcək. Amma heç bir ölkə Rusiyaya kömək etməyə təşəbbüs göstərmir. Qaldı Kurskdakı vəziyyətə, Rusiya onları ərazisindən çıxaracaq. Çünki Ukraynanın heç öz ərazisini qorumağa gücü çatmır. Amma o, bu əməliiaytla ən azından Rusiyaya zərbə vurdu”.


MANŞET XƏBƏRLƏRİ