ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmisi Cənubi Kiprdə lövbər saldı


Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus amfibiya hücum gəmisi “USS Wasp” Cənubi Kipr Rum Administrasiyasının (GCASC) Limassol limanına səfər edib.

Turkustan.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında verilən məlumata görə, USS Wasp (LHD 1) 24-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsi (MEU) Xüsusi Əməliyyatlar Qabiliyyəti (SOC) ilə müntəzəm olaraq planlaşdırılan liman səfəri üçün dünən Limassola gəlib.

Cənubi Kiprin Aralıq dənizində fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin tez-tez getdiyi yer olduğuna diqqət çəkilərək, ABŞ gəmilərinin Cənubi Kiprə əvvəlki səfərləri ilə bağlı məlumatlar da paylaşılıb.

Fikirlərinin yer aldığı USS Wasp-ın komandiri, kapitan Kristofer Pursel liman səfərlərinin iki ölkə arasındakı əlaqələri gücləndirdiyini və gəmidəki dənizçilərin və dəniz piyadalarının Kipr mədəniyyəti ilə tanış olmağı səbirsizliklə gözlədiklərini bildirib.

Digər tərəfdən USS Wasp gəmisinin Limassol limanında nə qədər lövbər salacağı ilə bağlı saytda heç bir məlumat verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ